Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə bu gün Naftalan şəhərində yeriləşən sanatoriyaların birində qeydə alınıb.
Sanatoriyada istirahət edən Özbəkistan Respubilkasının vətəndaşı 1988-cu il təvəllüldü Z.Kafarovun meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə Z.Kafarov ürək tutmasından ölüb. İlkin məlumata görə Z.Kafarov Özbəkistandan Nafatalan şəhərinə istirahətə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov