RU

“Leman”ın baş redaktoru həbs edildi

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə peyğəmbərlərin karikaturasının dərc olunduğu “Leman” jurnalının baş redaktoru Aslan Özdemir həbs edilib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Aslan Özdemirin həbs qərarı Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının dərci ilə bağlı aparılan istintaq çərçivəsində çıxarılıb.

Onun barəsində çıxarılan həbs qərarına görə, dünən Fransadan təyyarədən endikdən sonra İstanbul Hava limanında saxlanılan Aslan Özdemir İstanbul Ədliyyəsinə aparılıb.

Özdemirin ifadəsi alındıqdan sonra “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” ittihamı ilə həbs olunması tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.

Hakim Özdemirin həbsinə qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
yeniavaz.com

2Источники