RU

“Qızıl top”un favoritləri açıqlandı Yeni reytinq

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Nüfuzlu “Give me Sport” portalı klublararası dünya çempionatının final oyunu ərəfəsində 2025-ci ildə “Qızıl top”a əsas iddiaçıların reytinqini dərc edib.

Yeniavaz.com xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele mükafatın əsas favoriti olaraq qalıb.

Onun ardınca isə “Barselona”nın vingeri Lamin Yamal ikinci olub. PSJ-nin yarımmüdafiəçisi Vitinya isə ilk üçlüyü tamamlayıb.  

“Barselona”nın futbolçusu Rafinya dördüncü, “Liverpul”un bombardiri Məhəmməd Salah isə beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin “Qızıl top” mərasimi sentyabrın 22-də Parisdə, “Şatle” teatrında keçiriləcək. Mükafat üçün namizədlər avqustun 7-də elan olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
yeniavaz.com

2Источники