ain.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 12 iyun, AZƏRTAC
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından (Aİ), həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb. AZƏRTAC xəbər verir ki, o, bununla bağlı tərəflərə göndərdiyi məktubu sosial media platformasında yayıb.
Bu həftənin əvvəlində Tramp Yaponiya, Cənubi Koreya, Kanada və Braziliya da daxil olmaqla bir sıra ölkələr üçün yeni tariflər, həmçinin misə 50 faiz rüsum tətbiq edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.