RU

Ərdoğan çıxış edərkən həyat yoldaşı göz yaşlarını saxlaya bilməyib

Türkiyə Prezidenti Rəcəb Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı duyğulu anlar yaşanıb.
 
Oxu.Az bu barədə IHA agentliyinə istinadla xəbər verir.
 
Ərdoğan çıxışı zamanı terrorsuz Türkiyəyə dair mesajlar verərkən və şəhidlərə dair sözlər deyərkən həyat yoldaşı Əminə Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
 
Çıxışını bitirən Ərdoğan həyat yoldaşının yanına gələrək ona sarılıb. Bu mənzərə toplantı iştirakçıları tərəfindən uzun müddət alqışlanıb.

 

Избранный
21
4
moderator.az

5Источники