RU

“Tufandag” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub

Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu gün keçirilən sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına yeni üzvlərə sertifikatlar təqdim olunacaq. Azərbaycandan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ittifaqa yeni üzv seçilib. Sammit çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi gələcəkdə ortaq turizm layihələrinin formalaşdırılmasına və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına təkan verəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov Şahdağ Turizm Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində jurnalistlərə açıqlamasında söyləyib.

İttifaqın sədri bildirib ki, sammit Türkdilli Dövlətlərin Xizək Kurortları arasında ortaq mədəni, tarixi və coğrafi əlaqələri bölüşmək, dağ və qış turizminin qarşılıqlı inkişafını stimullaşdırmaq, qış və yay turizmində davamlı iqtisadi inkişafa nail olmaq, o cümlədən birgə əməkdaşlıq əlaqələri qurmaq, ittifaqa daxil olan dağ kurortlarının tanıdılmasına dəstək olmaq məqsədi daşıyır. Bununla yanaşı, türkdilli dövlətlər arasında xizək turizminin inkişafına töhfə vermək, təcrübə mübadiləsi aparmaq, bu sahədə türk dövlətlərinin cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq da qarşıda duran vəzifələrdəndir.

Избранный
27
2
azertag.az

3Источники