RU

AEBA-nın İranla əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunacaq – Araqçi

Bakı. Trend:

Bundan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranlaəməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən idarəolunacaq.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar İran parlamenti qanunqəbul edib. Qanuna əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinİranda öz nəzarətini davam etdirməsi üçün müraciətləri Ali MilliTəhlükəsizlik Şurası tərəfindən araşdırılacaq və təhlükəsizlikməsələləri nəzərə alınmaqla bu haqda qərar veriləcək.

Araqçi deyib ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikləəməkdaşlığı dayandırılmayıb. Əslində bu əməkdaşlıq yeni formatdaolacaq və bu tamamilə təbii məsələdir.

“İranın nüvə proqramı dinc məqsədli olub və dinc məqsədli olaraqqalacaq. İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT)üzvüdür və üzvü olaraq qalacaq. İran AEBA ilə qorunma sazişinəsadiq qalacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin mart ayında İran və MAQATE arasındarazılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib.Razılaşmaya əsasən İranın MAQATE ilə əməkdaşlığı nüvə silahlarınınyayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards)çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı iləəlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dairirəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıqetməlidirlər.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.

Məqalədə:
Избранный
107
49
az.trend.az

10Источники