RU

"Nottingem Forest" "Mançester Siti"nin yarımmüdafiəçisini transfer etmək istəyir

"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Ceyms Maketi karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın “Maill Sport”a istinadən yaydığı xəbərə görə, İngiltərənin "Nottingem Forest" klubu 22 yaşlı futbolçunun transferi üçün "şəhərlilər"ə ilkin olaraq 28,8 milyon avro və əlavə bonuslar daxil olan təklif göndərməyə hazırlaşır.

Bununla belə, "Siti" rəhbərliyi Maketinin qiymətini daha yüksək – təxminən 46 milyon avro səviyyəsində müəyyən edib. Bu, ötən mövsüm Kooul Palmerin “Çelsi”yə keçidindən əldə olunan məbləğə uyğundur.

Qeyd edək ki, Ceyms Maketi 2024/25 mövsümündə bütün turnirlərdə 27 oyuna çıxıb və 7 qol vurub. Daha əvvəl isə onun transfer yarışında əsas favorit olaraq Almaniyanın “Borussiya Dortmund” klubunun öndə olduğu bildirilib.

Избранный
7
90deqiqe.az

1Источники