RU

İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu — YENİLƏNİB

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

Demokrat.az 
xəbər verir ki, dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər.

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirilir.

***
13:06
 
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.

Demokrat.az 
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***
12:50
 
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Suriyanın "Sana" agentliyi məlumat yayıb.

Избранный
34
3
demokrat.az

10Источники