RU

Camaatın gözünə kül üfürməyin...

ain.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Bəzən bəzi qurumlar iş görmək  əvəzinə görüntü yaradır və özlərini reklam edirlər.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyi hər həftənin şənbə və bazar günləri Bakıda bir neçə yerdə " Kənddən- şəhərə!" devizi altında kənd təsərrüfatı yarmarkaları keçirir. İyulun12- də tənbəllik etməyib , məlum qurumun " Gənclik" də təşkil etdiyi kənd təsərrüfatı yarmarkasına getdik. Bir - bir satılan məhsulların qiymətinə baxdıq.

8- ci Kilometr bazarı ilə müqayisədə burda çox bahalıq idi. Məsələn, qarğıdalının bir ədədi 50 qəpik, pomidorun kiloqramı 1 manat, kartof  80-90 qəpik, soğan 65 qəpik, xiyar 80 qəpik, qarpız 40 qəpik... Hansı ki, Yeni Günəşlidəki " Ballı" marketdə adını çəkdiyimiz məhsullar 10-15 qəpik ucuzdur. Yarmarkada məhsulların qiymətinə baxan Gülnaz Məmmədova dedi ki, qardaş bazarla müqayisədə burda  çox məhsullar daha bahadır. Belə yarmarka bizə lazım deyil.

Elə ondansa gedib mənə lazım olan məhsullar bazardan alaram. Sadəcə buranı açanlar özləri qaz vurub , qazan doldurmaq istəyir və camaatın gözünə kül üfürürlər!     Rəyini soruşduğumuz əksər alıçılar bu yarmarkadan  narazılıq el di. Cəmi bir nəfər- Aybəniz Hüseynova razılıq etdi. O dedi ki, mənim bazara getməyə nə vaxtım , nə də fiziki gücüm var. Xəstə adamam , məcbur olub, baha da satsalar, buradan alış- veriş edirəm.

Allah əlacımı  kəsib neynim?!  Bax belə. " Gənclik" dəki yarmarka heç də ürəkaçan deyil. Yeni camaat bu  yarmarkadan çox narazıdır. Ona görə də, Kənd Təsərrüfatı Nazirliyi ictimaiyyətin rəyinə nəzərə almalı, belə yarmarkalarda bazarla müqayisədə daha çox ucuzluq yaratmalıdır.Yoxsa camaat deyilənlərə yox, gördüklərinə inanır!

Emil Faiqoğlu    

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
adalet.az

2Источники