RU

“Zirə”nin Boluda ikinci sınağı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı “Əl-Hüseyin”lə qarşılaşacaq.

İordaniya təmsilçisi ilə oyun saat 18:00-da start götürəcək.

Yoxlama oyunu
12 iyul
18:00. “Zirə” - “Əl-Hüseyin” (İordaniya)

Fanatik Tur Meydançaları

Qeyd edək ki, “Zirə” Türkiyə ilk sınaq oyununda yerli “Ankara Keçiörengücü”nə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Избранный
5
idman.biz

1Источники