Yeni mövsümdə I Liqada çıxış edəcək "Şahdağ Qusar"da vəziyyət heç də yaxşı deyil.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Qusar təmsilçisi maliyyə problemi ilə üzləşib.
Sponsor komandaya vəsait ayırmadığından yeni mövsüm üçün büdcə təsdiqlənməyib. Bu üzdən Elnur Abdullayevin baş məşqçisi olduğu kollektiv transfer bazarında passiv təsir bağışlayır. Söylənilənlərə inansaq, Qusar təmsilçisinin himayədarı kluba yeni investorlar cəlb etmək üçün müxtəlif şirkətlər və iş adamları ilə danışıq aparır. Ancaq hələ ki, bu yöndə müsbətə doğru heç bir yenilik yoxdur.
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın çempionu olub və yeni mövsümdən I Liqada çıxış etmək hüququ qazanıb.
İdman.biz