Sea Breeze

Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında çıxış edib.

Redaksiya xəbər verir ki, Ərdoğan 47 illik terror təhlükəsinin sona çatdığını bəyan edib və bu tarixi mərhələnin dövlətin qətiyyətli iradəsi nəticəsində mümkün olduğunu vurğulayıb. “Terrorsuz Türkiyə bir pazarlığın nəticəsi deyil. Türkiyə Cümhuriyyəti dövlətinin qürurunu heç kimə tapdalatmarıq”, – deyə o bildirib.

Ərdoğan çıxışında deyib: “Bu gün yeni bir gündür, tarixdə yeni bir səhifə açılmışdır. Bu gün böyük, güclü Türkiyənin, Türkiyə Yüzilliyinin qapıları sonuna qədər aralanmışdır”. O əlavə edib ki, “Türkiyə qazanıb, millətim qazanıb. Türk, kürd, ərəb, 86 milyon vətəndaşımızın hər biri qazanıb”.

O, siyasi opponentlərinə mesaj verərək deyib: “Milliyyətçiyik, vətənpərvərik deyirlər; terror bitir, sevinin! Sevinə bilmirlər. Nə edirlərsə etsinlər, terror bitəcək, hamısı işsiz qalacaq”.

Ərdoğan çıxışında tarixi birlik və həmrəylik ruhunu vurğulayıb: “Malazgirt zəfəri, Qüdsün fəthi, İstanbulun fəthi, Çanaqqala müdafiəsi və İstiqlal müharibəsi – türklərin, kürdlərin, ərəblərin ortaq zəfəridir. Qüds, Salahəddin Əyyubi komandanlığında türklər, kürdlər və ərəblər tərəfindən fəth edilib”.

Sonda o bildirib: “Bu gün türk və kürd bir daha qucaqlaşır. Bu gün böyük və güclü Türkiyənin şəfəqi doğur. AK Parti, MHP və DEM Partiya olaraq, bu yolu birgə yürüməyə qərar verdik. Sular tərsinə axmaz. Axsarsa da, biz onunla başa çıxmağı bilirik.”

Sevinc Kərimova

ETX
ETX
ETX