RU

160 min manatdan çox gecikdirilmiş vəsait ödənilib

160

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində işəgötürənlər tərəfindən sosial xarakterli 60 min 257 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.Ulusum.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.Həmin vəsaitin 90 faizə qədəri əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin, 42 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Diqqət Çəkənlər

Tanınmış jurnalistlə vida: Gülbəniz Arif qızı dünyasını dəyişdi

Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO

Qarabağda yeni klinikalar tikiləcək – TƏBİB-dən açıqlama

Избранный
36
23
ulusum.az

10Источники