RU

"Atletiko"da oynamış futbolçu “Turan Tovuz”a keçib

Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” yeni futbolçu transfer edib.

Komanda heyətini Roberto Olabe ilə gücləndirib.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.

Qeyd edək ki, 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

Избранный
12
24
cbcsport.az

10Источники