RU

Premyer Liqa klubundan 55 milyonluq transfer

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Nottingem Forest”dən Entoni Elanqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Nyukasl” isveçli futbolçu üçün 55 milyon funt-sterlinq ödəyib.

Elanqa “Mançester Yunayted”in yetirməsidir. O, 2023-cü ildən “Nottingem Forest”də çıxış edir. Entoni bu komanda ilə 82 oyunda 11 qol vurub, 21 məhsuldar ötürmə edib.

Избранный
5
futbolpress.az

1Источники