Mən hazırda Azərbaycanda minaların təmizləndiyi ərazidəyəm və burada işlərin necə görüldüyünü görmək möhtəşəmdir.
Bunu APA-ya irlandiyalı səyyah David Joseph Langan deyib.
O, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə heyran qaldığını vurğulayıb: "Həmçinin, biz buradaykən yeni şəhərlərin yaradıldığını gördük. Burada şəhər konfransı da keçirəcəklər. Bu sahədə görülən işlər heyranlıq doğurur. Bütün aparılan yenidənqurma işlərinin belə qısa zamanda həyata keçirilməsi sadəcə möhtəşəmdir”.