RU

Azərbaycanlı hücumçu Orta Asiya respublikasına üz tutdu

Dünən «Turan Tovuz»dan ayrılan Orxan Əliyev kayrerasını ölkə xaricində davam etdirəcək.

Qərb klubu ilə 2 illik müqaviləsini qarşılıqlı razılıq əsasında pozan hücumçu Qırğızıstana yollanacaq.

29 yaşlı ön xətt oyunçu Orta Asiya respublikasından gələn təklifə «hə» deyib.

“Abdış-Ata” Əliyevə dəvət göndərib.

Hazırda Qırğızıstanda legioner həyatı yaşayan azərbaycanlılar az deyil. Ramin Əhmədov və İldar Alekperov bu ilin əvvəlində həmin ölkəyə yollanıbsa, Nazim Məmmədzadə bir neçə gün qabaq ora üz tutub.

Həmçinin ötən mövsümün ikinci yarısını “Səbail“də keçirmiş Mirabdulla Abbasovla İlkin Muradov Qırğızıstana səmt salıb.

Orxan Əliyevə gəlincə, “Turan Tovuz“ onu bu ilin əvvəlində “Kəpəz“dən sıralarına qatmışdı. 50 min manat təzminat qarşılığında.

Di gəl, sabiq “Xəzər Lənkəran“lı Kurban Berdiyevin etimadını doğrulda bilmədi. Rusiyalı çalışdırıcı şans verdiyi 11 oyunun heç birində ondan qol görmədi.

SPORTİNFO.AZ

Избранный
9
sportinfo.az

1Источники