Ajans.az xəbər verir ki, aparıcı Zaur Nəbioğlu həmin sualı ilk müğənnilər Vüqar Muradov və Nərmin Kərimbəyovaya ünvanlayıb. Vüqar Muradov həmin suala yox , Nərmin Kərimbəyova isə şou-biznesin içində olduğunu bildirib. Lakin sual rejissor Sərxan Kərəmoğluna ünvanlananda o iddialı şəkildə” Mən şou-biznesi yaradanlardanam” cavabını söyləyib. Zaur Nəbioğlu ilk şou xarakterli verilişin Dilarə Əliyevanın aparıcılıq etdiyi “ Çal-çağır” şousu olduğunu desə də, Sərxan Kərəmoğlu ona etiraz edib. “ Dilarə xanımın verilişi şou-biznesin qollarından biri olub. İlk verilişi mən yaratmışam. “Sözün düzü” adlı proqram ilə ilk dəfə, müğənnilərin üz-üzə dialoquna şərait yaratmışam”. -deyə, o qeyd edib.