RU

Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti deyilmiş ÖZƏL

ain.az bildirir, Oxu.az portalına istinadən.

Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzub.

Bunu Oxu.Az-a açıqlamasında gənclərdən ibarət muaytay-tayboks millisinin baş məşqçisi Elçin Eminov deyib.

O bildirib ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.

Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib. Proses bu il iyulun 9-da baş tutub.

Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.

O, həmçinin uşu və muaytay üzrə Azərbaycan milli komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərir. 1992-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasını təsis edən Həsənsoy, 1996-cı ildə beynəlxalq tələblərə uyğun olaraq ayrıca Muaytay Federasiyasını qurmuş və o vaxtdan etibarən federasiyaya rəhbərlik edir.

Xatırladaq ki, A.Musayev Türkiyədəki hadisədən sonra verdiyi açıqlamalarda özünü federasiya prezidenti kimi təqdim edib.

Fotoda Azər Həsənsoy

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
28
oxu.az

10Источники