RU

"Qarabağ" dünya reytinqində 12 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinqini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, siyahıda Azərbaycanın dörd təmsilçisi yer alıb.

12 pillə geriləyən "Qarabağ" 137.25 xalla 131-ci sıradadır. 232-ci olan "Zirə"nin (95,75) mövqeyi dəyişməz qalıb.

Dörd pillə irəliləyən "Sabah" (76) 313-cüdür. "Araz-Naxçıvan" (61.25) isə 439-cu ola bilib. Naxçıvan təmsilçisi 7 pillə irəliləyib.

"Cebheinfo.az" 

Избранный
4
5
cebheinfo.az

6Источники