RU

Tanınmış məşqçi: “Xərçəng artıq məni narahat etmir”

Xərçəngdən əziyyət çəkən niderlandlı mütəxəssis Lui van Qal açıqlama verib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, məşqçi artıq yaxşılaşdığını deyib:

“Xərçəng artıq məni narahat etmir. İki il öncə bir neçə əməliyyat keçirdim. Əvvəl hər şey pis idi, amma indi düzəlib və yaxşılaşıram. Hər şey qaydasındadır”.

Van Qal 2020-ci ildən prostat xərçəngindən əziyyət çəkir.

Mütəxəssis “Barselona”, “Ayaks”, “Bavariya”, “Alkmaar”, “Mançester Yunayted” kimi klublara və Niderland yığmasına rəhbərlik edib.

Избранный
2
1
futbolpress.az

2Источники