RU

Fransalı müdafiəçi “Liverpul”la müqaviləni uzatmaq istəmir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Liverpul"un müdafiəçisi İbrahima Konate müqavilənin uzadılması təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 26 yaşlı fransalı müqaviləni 2030-cu ilə qədər uzatmağa razı olmayıb.Mövcud anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bir müddət əvvəl "Real"ın yay transfer dönəmində müdafiəçini "rənglərinə bağlayacağı" ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edir. 26 yaşlı futbolçu 2024/25 bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
sport24.az

1Источники