RU

Fitch Almaniyanın kredit reytinqini təsdiqləyib

Fitch Ratings Almaniyanın "AAA" kredit reytinqini sabit proqnozla təsdiqləyib.

Banco.az xəbər verir ki, Kredit reytinq təşkilatı açıqlamasında Almaniyanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "AAA" olaraq təsdiqləndiyini və reytinqin proqnozunun "stabil" olaraq təyin edildiyini bildirib.

Almaniyanın kredit reytinqi adambaşına düşən yüksək gəlir, böyük və şaxələnmiş iqtisadiyyat, güclü institusional çərçivə, yüksək cari əməliyyatlar balansı və müsbət xalis beynəlxalq investisiya mövqeyi ilə dəstəklənir.

Güclü tərəflərinə baxmayaraq, Almaniyanın böyümə perspektivlərinə mənfi təsir göstərən struktur problemlərlə üzləşdiyi vurğulanan bəyanatda qeyd edilir ki, may ayında hakimiyyətə gələn koalisiya davamlı inkişaf problemlərini həll etmək üçün infrastruktur və müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Bəyanatda əlavə edilib ki, hökumət bu proqramların maliyyələşdirilməsi üçün qarşıdakı beş il ərzində təxminən 850 milyard avro əlavə borc almağı proqnozlaşdırır ki, bu da kəsir və borcun artmasına səbəb olacaq.

Bəyanatda, koalisiya sazişində elan edilən dəstək paketi və sosial tədbirlərin büdcə kəsirinə də təzyiq göstərəcəyi, hökumətin orta müddətli dövrdə xərclərin artımının bir hissəsini qənaətlə kompensasiya edəcəyinə söz verdiyi, lakin bu tədbirlərlə bağlı məhdud detalların olduğu vurğulanıb.

Избранный
10
banco.az

1Источники