Mərakeş yığmasının və PSJ-nin futbolçusu Əşrəf Hakimi "Real Madrid"dən gedişinin səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi 2020-ci ildə "kral klubu"nu heç də öz istəyi ilə tərk etmədiyini bildirib.

"Real Madrid"dən getmək mənim qərarım deyildi. Rəhbərlik belə qərar verdi. Hazırda PSJ-də xoşbəxtəm. Çünki bu komandada mənə sevdiyim işlə məşğul olmağa - oynamağa və futboldan həzz almağa icazə verdilər", - deyə Ə.Hakimi vurğulayıb.

Qeyd edək ki, sözügedən futbolçu 5 il öncə "Real Madrid"dən 43 milyon avro müqabilində "İnter"ə keçmişdi.

Milanda 1 il oynadıqdan sonra PSJ-yə transfer olunan müdafiəçi 2024/2025 mövsümündə 53 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə verib.