RU

Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur.

Far.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, vətəndaşlar utilizasiya prosesi çərçivəsində köhnə və yararsız avtomobillərin paytaxt Bakı ilə bərabər bir müddətdir Gəncə şəhərində də qəbul edildiyini bildirirlər.

Lakin rayonlarda yaşayan insanlar qeyd olunan ünvanlara köhnə avtomobillərini təqdim etmək üçün müəyyən çətinliklər və əlavə xərclərinin çıxdığını bildirirlər.

Bölgələrdə yaşayan sürücülərin sözlərinə görə, utilizasiya qəbul məntəqələrinin sayının artırılaraq rayonlarda da olması bu prosesi sürətləndirəcək.

Utilizasiya üçün qəbul məntəqələrinin bölgələrdə olmaması bu işlə məşğul olan bəzi işbazlar üçün də fürsət yaradır. Onlar nəqliyyat vasitələrini sahiblərindən qəbul məntəqəsində verilən puldan dəfələrlə ucuz qiymətə alırlar.

Ekspertlər bildirirlər ki, nəqliyyat vasitələrinin utilizasiyası qəbul məntəqələri tələbata uyğun olaraq açıla bilər.

Ətraflı videomaterialda:

Избранный
8
6
far.az

7Источники