RU

"Komo" "Milan"dan 16 yaşlı HÜCUMÇU ALDI

"Komo" "Milan"ın U-17 komandasının hücumçusu Samuele Pisatini transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Komo"nun inkişaf departamentinin rəhbəri Oşian Roberts 16 yaşlı futbolçu ilə bağlı deyib:

"Samuele — çox perspektivli bir gənc istedaddır və əminik ki, “Komonun” sistemində inkişaf edə biləcək. O, oyun modelimizə və klubun kimliyinə tam uyğundur. Biz gənc oyunçulara şans vermək lazım olduğuna inanırıq. İtalyan futbolçuların inkişafı bizim üçün vacibdir, çünki bu, “Komonun” gələcəyidir".

Qeyd edək ki, Samuele Pisati ötən mövsüm “Milan”ın U-17 komandasında 15 oyuna 9 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
6
4
bakivaxti.az

5Источники