RU

Ukraynada uzaqmənzilli silah sistemlərinin yerləşdirilməsinin vaxtı açıqlanıb

Bakı. Trend:

Almaniya ilə birgə həyata keçirilən layihə çərçivəsində UkraynaSilahlı Qüvvələri iyul ayının sonunadək ilk uzaqmənzilli silahsistemlərini əldə edə bilər.

Trend-inməlumatına görə, bu barədə Almaniyanın Ukraynaya hərbi yardımınəlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayorKristian Freydinq məlumat verib.

Hazırda Kiyevdə olan general bildirib ki, Almaniyanınmaliyyələşdirdiyi müqavilə bir gün əvvəl imzalanıb.

“O, qeyd edib ki, təşəbbüs mayın sonunda başlanılıb və nəticədəUkrayna Silahlı Qüvvələri artıq bu ayın sonlarında ilk uzaqmənzillisilah sistemlərinə sahib olacaq”, – Freydinq söyləyib.

General həmçinin vurğulayıb ki, Ukraynanın Rusiya ərazisindəyerləşən anbarlara, komanda məntəqələrinə, aerodromlara vətəyyarələrə zərbə endirə bilən silah sistemlərinə ciddi ehtiyacıvar. Onun sözlərinə görə, Almaniya bu tip silahlarla Ukraynanıtəmin etməyə hazırdır.

Избранный
20
az.trend.az

1Источники