RU

Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər

Ukrayna Almaniya ilə birgə layihə çərçivəsində iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər.

APA xəbər verir ki, bunu Almaniyanın Müdafiə Nazirliyinin Ukraynaya yardım üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib.

"Ukrayna Silahlı Qüvvələri bu ay ilk sistemləri alacaq. Bunun ardınca hava hücumundan müdafiə imkanlarını artıracaq üçrəqəmli sistemlərin tədarükü baş tutacaq", - o bildirib.

O, həmçinin iyulun 12-də Ukraynanın müdafiə müəssisələri ilə Ukrayna Müdafiə Nazirliyi arasında Almaniya tərəfindən maliyyələşdirilən sazişin imzalandığını qeyd edib.

İyulun 1-də Almaniya hökuməti Ukrayna üçün 1200 kilometrə qədər mənzilli 500-dən çox dron istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıb.

Избранный
5
3
apa.az

4Источники