RU

“Lill”in sabiq futbolçusu “Qəbələ”də

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı qaralar” Adriel Ba Luanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə razılaşmanın detalları açıqlanmayıb.

Son klubu Fransada “Kan” olan Adriel azad agent kimi bölgə təmsilçisinə keçib. Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində “Lill”in B komandası, Danimarkada “Velye”, Çexiyada “Karvina”, “Viktoriya”, Polşada “Lex”də forma geyinib.

Избранный
6
futbolpress.az

1Источники