"Real Madrid"in müdafiəçisi Rafael Obrador karyerasını "Benfika"da davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya klubu futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Portuqaliya klubu 21 yaşlı ispan üçün 5 milyon avro ödəyib. Razılaşmada həmçinin "Real Madrid"in futbolçunun hüquqlarını satın alması ilə bağlı bənd də var.
2024/25 mövsümündə Obrador "Deportivo"da icarə əsasında çıxış edib: İspaniyanın ikinci divizionunda 33 oyun keçirib və bir məhsuldar ötürmə.