RU

"Real" dörd futbolçu ilə yollarını ayıra bilər

Madrid "Real"ı yay transfer dönəminin sonunadək heyətində ciddi dəyişikliklərə getməyə hazırlaşır.

90deqiqe.Az-ın “Carrusel Mercato”ya istinadən yaydığı xəbərə görə, yaxın həftələrdə dörd futbolçu – Qonsalo Qarsiya, Rodriqo, Endrik və Dani Sebalyos klubu tərk edə bilər.

Braziliyalı hücumçu Rodriqo yeni baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil. "Real" onun satışından ciddi məbləğ qazanmağa ümid edir və futbolçunun İngiltərə Premyer Liqasına keçidi mümkündür.

Eyni zamanda, gənc hücumçular Endrik və Qonsalo Qarsiyadan birinin komandanı tərk etməsi gözlənilir. Əgər yaxın zamanda Endriklə bağlı yüksək səviyyəli təklif daxil olmazsa, Qonsalonun icarəyə göndərilməsi planlaşdırılır.

Dani Sebalyosun da "Real"da gələcəyi sual altındadır və onun başqa kluba keçidi istisna edilmir.

Избранный
13
90deqiqe.az

1Источники