RU

Bu çanta 10 milyona satıldı - FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Birkin" çantası "Sotheby's" hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb.

Milli.Az xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib.

Hərrac evi bildirib ki, bu satış lüks çantalar tarixində ən yüksək məbləğ hesab olunur. Əvvəlki rekord 2021-ci ildə satılan "Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28" modelinə məxsus idi - həmin çanta 513 min dollara alıcı tapmışdı.

Xatırladaq ki, Paris modaevi "Hermès" bu eksklüziv çantanı 1984-cü ildə Ceyn Birkinin şəxsi istifadəsi üçün hazırlamış və onu müğənninin baş hərfləri ilə bəzəmişdi. Çanta illər ərzində yalnız lüksün deyil, həm də ikonik simvolların birinə çevrilib.

Избранный
25
3
musavat.com

10Источники