"Başakşəhər" klubu heyətini Almaniyanın “Hamburq” klubundan ayrılan təcrübəli hücumçu Davie Selke ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisi 30 yaşlı forvardla 2+1 illik müqavilə imzalayıb.
Selke geridə qalan mövsümdə Almaniya 2-ci Bundesliqasında 22 qolla bombardir olub və bu çıxışı ilə “Hamburq”un Bundesliqaya yüksəlməsində böyük pay sahibi kimi yadda qalıb.
Alman futbolçu, “Boz portakallar”ın yay transfer dövründə heyətinə qatdığı 6-cı futbolçudur. Klub daha əvvəl Onur Bulut, Nuno Da Kosta, Luka Ekrem Stançiç, Berkay Aslan və Eldor Şomurodovu transfer etmişdi.