RU

Tramp Kiyevə yüz milyonlarla dollarlıq silah verməyi düşünür

BAKI. 12 iyul. TELEQRAF

ABŞ administrasiyası Ukraynaya 300 milyon dollarlıq hərbi yardım ayırmağı düşünür.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.

Bildirilir ki, ABŞ lideri Donald Tramp Konqresin icazəsi olmadan Pentaqonun anbarlarından avadanlıq ötürmək üçün prezident səlahiyyətlərindən istifadə edə bilər.

Saytın mənbələri qeyd edir ki, vəsaitlər əvvəlki administrasiyanın təsdiq etdiyi fondlardan daxil olacaq. İstifadə edilməmiş vəsaitlərin qalığı 3,8 milyard dollardır.

İyulun 11-də ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya 2028-ci ilə qədər hərbi yardım üçün 500 milyon dollar ayrılmasını təsdiqləyib. Bu müddəa komitənin təsdiq etdiyi 2026-cı maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsinə daxil edilib.

Избранный
18
teleqraf.com

1Источники