RU

Hümmət Əliyev: “QHT.az informasiya mühitində peşəkarlıq və şəffaflıq nümunəsidir”

QHT.az saytının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Hümmət Əliyev kollektivə təbrik ünvanlayıb:

"Təşkilatımız adından Sizi səmimi qəlbdən təbrik edirik!

Ötən illər ərzində QHT.az vətəndaş cəmiyyətinin inkişafına, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin işıqlandırılmasına və ictimai maraq kəsb edən məlumatların operativ şəkildə cəmiyyətə çatdırılmasına verdiyi töhfələrlə özünəməxsus yer qazanmışdır. Sizin obyektiv və məsuliyyətli fəaliyyətiniz informasiya mühitində şəffaflıq və peşəkarlıq nümunəsi olaraq qiymətləndirilir.

Quba 1 saylı Mediasiya Təşkilatı olaraq bu illər ərzində Sizinlə olan əməkdaşlığımızı yüksək dəyərləndirir, birgə həyata keçirdiyimiz təşəbbüsləri və informasiya dəstəyinizi minnətdarlıqla qeyd edirik.

İnanırıq ki, qarşıdakı illərdə də birgə fəaliyyətimiz davam edəcək, Qht.az yeni uğurlara imza ataraq cəmiyyət üçün vacib informasiya platforması olaraq fəaliyyətini genişləndirəcəkdir.

Sizə və komandanıza möhkəm cansağlığı, yaradıcılıq uğurları və davamlı inkişaf arzu edirik!"

Избранный
35
qht.az

1Источники