“Tesla” Hindistanda ilk sərgi salonunu gələn həftə açacaq və gələn ayın əvvəlində müştərilərə elektrikli avtomobillər təqdim etməyə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
“Tesla”nın Hindistandakı ilk salonu iyulun 15-də Mumbayda, ikincisi isə iyulun sonunda Yeni Dehlidə açılacaq. Agentliyin mənbələrinin məlumata görə, potensial alıcılar salonlarda qiymətlər və mövcud ehtiyat hissələr haqqında məlumat əldə edə biləcəklər.
Avtomobillərin ilk partiyası, arxa ötürücülü “Model Y” yolsuzluq avtomobilləri artıq Çindəki fabrikdən Hindistana gəlib və onların tədarükü avqustda başlayacaq.
Hindistan dünyanın üçüncü ən böyük avtomobil bazarıdır və onun mənimsənilməsi “Tesla”ya digər bölgələrdə yavaşlayan satışları kompensasiya etməyə şərait yarada bilər. İkinci rübdə şirkətin tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% azalaraq 384 122 ədəd avtomobilə düşüb. Azalma şirkətin tarixində ən pis geriləmə olub, özü də azalma ardıcıl ikinci rübdür qeydə alınır.
Daha əvvəl “Tesla”nın top-menecmenti bildirmişdi ki, şirkətin Hindistan bazarına daxil olmasına əsas maneə yüksək idxal rüsumlarıdır. Belə ki, qiyməti 40 000 dollara qədər olan xarici istehsal avtomobilləri üçün bu rəqəm 70%-ə çatır.