ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 iyul, AZƏRTAC
Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.
Bu barədə AZƏRTAC-a XİN-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası və onun vətəndaşları aşağıda göstərilən beynəlxalq səviyyəli seçkilərdə qalib gəliblər:
- BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
- BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə),
- UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə),
- BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə),
- BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik,
- Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.