RU

"Liverpul"un heç bir komandasında 20 nömrəli forma olmayacaq - RƏSMİ

BAKI. 12 iyul. TELEQRAF

İngiltərə "Liverpul"u avtomobil qəzasında dünyasını dəyişmiş futbolçusu Dioqu Jotanın 20 nömrəli formasını dövriyyədən çıxarıb.

Teleqraf xəbər verir ki, bununla bağlı klub açıqlama yayıb.

"Bu, elə bir nömrə idi ki, o, şərəf və qürurla daşıyır, bizi saysız-hesabsız qələbələrə aparırdı", - deyə "qırmızılar"ın bəyanatında vurğulanıb.

Klub Jotanın həyat yoldaşı Rute Kardozu və ailə üzvləri ilə məsləhətləşdikdən sonra belə bir addım atdıqlarını diqqətə çatdırıb. Qərar təkcə əsas komandaya deyil, "Liverpul"un qadınlardan ibarət kollektivi və akademiya da daxil olmaqla, bütün səviyyələrdə kollektivlərinə şamil olunub.

Qeyd edək ki, Dioqu Jota "Liverpul"a 2020-ci ilin sentyabrında "Vulverhempton"dan keçib. Bu müddətdə portuqaliyalı hücumçu 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, mersisaydlıların heyətində İngiltərə çempionluğu, ölkə kuboku və iki dəfə İngiltərə Liqa Kuboku qazanıb.

Избранный
12
1
teleqraf.com

2Источники