RU

"Qarabağ" növbəti transferini reallaşdırıb

Bakı. Trend:

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.

Trend xəbər verir ki, klubunmətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyanın “Mafra”klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçiKris Kuaku heyətə cəlb olunub.

Klubla Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəliforma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubundabaşlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib.O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu –braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Избранный
3
19
az.trend.az

10Источники