Avropa İttifaqı (Aİ) Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyətlərini dəyişdirməyi planlaşdırır. Bloomberg agentliyinin məlumatına görə, 18-ci sanksiyalar paketinin hazırlanması çərçivəsində qiymət tavanının dünya bazar qiymətlərinə bağlanması təklif olunur.
🔹 Nə təklif olunur:
Yeni təklifə əsasən, neft üçün qiymət tavanı bazar qiymətindən 15% aşağı səviyyədə müəyyən olunacaq və bu göstərici hər üç aydan bir yenilənəcək.
🔹 İlkin addım:
İslahatın ilk mərhələsi kimi, hazırda qüvvədə olan 60 dollarlıq tavan qiymətin 50 dollara endirilməsi nəzərdə tutulur.
🔹 Müqavimət və dəyişən mövqe:
Qeyd olunur ki, Yunanıstan, Malta və Kipr bu günə qədər qiymət tavanının endirilməsinə qarşı çıxırdılar. Lakin yeni təklifə bu ölkələrin müsbət yanaşdıqları bildirilir.
//Samir Qurbanov, Editor.az