Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə ittiham olunan ictimai fəal Anar Abdullayev həbs olunub.
Viral.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar qəbul olunub.
Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
Son Yazılar:
- Anar Abdullayev həbs OLUNDU
- Cəlilabadda 3 otaqlı ev YANDI
- Qarabağ müharibəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsi yad edildi
Qeyd edək ki, Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.