RU

Əliyev-Paşinyan görüşü region üçün müsbət hadisədir, Rusiya üçün yox… – Konfliktoloq

BƏƏ-də dünən baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşünə Rusiya da reaksiya verdi və alqışladığını bildirdi. Lakin üzdə dost kimi görünən Rusiyanın əsas resurslarından biri görüşdən dərhal sonra Azərbaycanı “SSRİ vaxtında yaradılmış süni dövlət” adlandırdı. Rusiyanın nə dərəcədə ikiüzlü siyasət apardığını anlamaq üçün son hadisələrə nəzər salmaq yetərlidir.

Rusiyanın təbliğat resursunun görüşdən dərhal sonra niyə belə reaksiya verməsini İnterpress.az-a konfliktoloq Elman Vəliyev şərh edib.

“Bu tarixi görüş həm region üçün, həm daxili və xarici auditoriya üçün, həm də Ermənistan və Azərbaycan üçün müsbət bi hadisədir və belə davam etsələr, yaxşı olar. Siyasi, xüsusən də iqtisadi cəhətdən perspektivlidir. Amma Rusiya üçün bu, qəbuledilməz haldır.

Cənubi Qafqaz yavaş-yavaş Rusiyanın təsirindən çıxmağa başlayır və Avropaya, Natoya, Qərbə doğru yol çəkir. Bunu səssiz-səmirsiz etməyə Rusiya icazə verməz.

Rusiyanın Azərbaycanı “SSRİ-nin vaxtında yaradılmış süni dövlət” adlandırması başa düşüləndir, təəccübləndirmir.

Çünki artıq Azərbaycan da, Ermənistan da Rusiyadan üz döndərməyə çalışır. Rusiya mediasının bu cür fikir formalaşdırması onu göstərir ki, Rusiya qıcıqlanıb.
Amma bu o demək deyil ki, kiçik dövlətlər Rusiyanın tərkibində qalmalıdır. Xalqların öz müqəddəratını təyin etmə deyilən bir anlayış var.

Bir sözlə onu deyə bilərəm ki, Rusiya BƏƏ-dəki bu görüşü qəbul edə bilmir, həzm edə bilmir. Yəqin ki nəsə etməyə cəhd edəcək”, – konfliktoloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
23
interpress.az

1Источники