RU

Yuxusuz gecələrə son: Həkim istidə rahat yatmağın yollarını açıqladı

Britaniyalı terapevt həkim Amir Xan istidə yuxuya getməkdə çətinlik çəkənlər üçün qeyri-adi, lakin effektiv üsullar təklif edib. Onun məsləhətləri Daily Mirror nəşrində dərc olunub.

Həkimin sözlərinə görə, insan orqanizmi yuxuya getmək üçün bədənin temperaturunu aşağı salmağa çalışır. Yay aylarında bu prosesi asanlaşdırmaq üçün ona kömək etmək mümkündür. Bu məqsədlə Amir Xan ventilyatorun qarşısına buzla dolu qab qoymağı tövsiyə edib:
“Hava bu şəkildə soyuyacaq və siz pulsuz kondisioner effekti əldə edəcəksiniz”, — deyə o izah edib.

Bundan başqa, həkim istidə yatağa getməzdən əvvəl soyuq corab geyinməyi məsləhət görüb. Corablar əvvəlcədən soyuducuda saxlanılmalıdır. Onun sözlərinə görə, ayaqların soyuması qan damarlarının genişlənməsinə səbəb olur və bədən istiliyinin daha tez azalmasına kömək edir ki, bu da rahat yuxuya səbəb olur.

Xan həmçinin yatmazdan əvvəl ilıq duş qəbul etməyi məsləhət görüb. İlk baxışdan bu məntiqsiz görünsə də, o qeyd edib ki, isti duşdan sonra bədən temperaturu daha sürətlə azalır.

Həkim əlavə edib ki, yüngül, təbii materiallardan hazırlanmış yataq dəstlərindən istifadə, otağın yaxşı havalandırılması və ağır yeməklərdən və alkoqoldan uzaq durmaq da yay istisində yuxuya getmə prosesini asanlaşdıra bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
22
editor.az

1Источники