Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente" ilə qüvvəsini sınayıb.
Qarşılaşma Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə bitib.
"Köhlən atlar" bu gün ilk matçda bu rəqibə qalib gəlmişdi - 3:2.
Qeyd edək ki, komandamızın yeganə qolu Abbas Hüseynovdan gəlib.