Gununsesi saytına istinadən ain.az xəbər verir.
İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə mediaya onun yaxınları məlumat verib.
Fəal iyulun 11-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib.
Anar Abdulla məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.