Samuxda 66 yaşlı kişi yıxılaraq dünyasını dəyişib.
Bakues.az-ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakini 1959-cu il təvəllüdlü G.Yadigarov yaşadığı evdə yıxılaraq xəsarət alıb.
Yaşlı kişi yerindəcə ölüb. İlkin məlumata görə, hadisə vaxtı yaşlı kişi yaşadığı evdə tək olub. Onun səhhətində problem olduğu deyilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.