RU

Yaşlı kişi evində yıxılaraq öldü

Samuxda 66 yaşlı kişi yıxılaraq dünyasını dəyişib.

Bakues.az-ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakini 1959-cu il təvəllüdlü G.Yadigarov yaşadığı evdə yıxılaraq xəsarət alıb.

Yaşlı kişi yerindəcə ölüb. İlkin məlumata görə, hadisə vaxtı yaşlı kişi yaşadığı evdə tək olub. Onun səhhətində problem olduğu deyilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Избранный
16
2
icma.az

3Источники