RU

Zelenski xarici yardımların çatdırılmasını bərpa etdiyini açıqladı

  Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə xaricdən hərbi yardımın yenidən çatdırılmağa başlandığını açıqlayıb.

O, bu barədə teleqram kanalında paylaşım edib.

“Bizim ən yüksək səviyyədə siyasi siqnallarımız var – yaxşı siqnallar, o cümlədən Amerika Birləşmiş Ştatlarından və avropalı dostlarımızdan. Bütün məlumatlara görə, tədarüklər bərpa olunub”, – deyə Zelenski bildirib.

Prezidentin bu açıqlaması Rusiya ilə davam edən müharibənin kritik mərhələsində Ukraynanın silah və texnika təminatının davam edəcəyini göstərir./Globalinfo.az  

Избранный
11
referans.az

1Источники