RU

Əli Nəsirli vəfat etdi

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Tanınmış azərbaycanlı vəkil, Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü, şair Əli Heydər oğlu Nəsirli ömrünün 75-ci ilində vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Əli Nəsirli 18 yanvar 1950-ci ildə Azərbaycanda anadan olub. Əli Nəsirli Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
5
unikal.az

6Источники